Kriminal aləmdə Lotu Quli kimi tanınan azərbaycanlı avtoritet Nadir Səlifov oğru soyadına dəyişiklik edib.
Müstəqil.Az Publika.az-a istinad edərək xəbər verir ki, Lotu Quli bundan sonra oğru aləmində Quli Bakinski adlandırılacaq.
Nüfuzlu kriminal sayt olan Rusiyanın “Praym kraym” saytında yerləşdirilən avtobioqrafiyada da bu dəyişiklik öz əksini tapıb.