Lukaşenko Priqojinin ölməsindən danışdı

Lukaşenko Priqojinin ölməsindən danışdı

Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin təyyarə qəzası nəticəsində ölməsindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Belta” nəşri məlumat yayıb.

Lukaşenko  Priqojinin təhlükəsizliyinə təminat vermədiyini deyib.

Lukaşenko qeyd edib ki, “Vaqner”in Belarusda yerləşdirilməsi ideyası onun təşəbbüsü olub və buna görə peşman deyil.


Share: