Lukaşenko Priqojinlə nə üçün danışdı?

Lukaşenko Priqojinlə nə üçün danışdı?

Kreml sözçüsü Dmitri Peskov ötən gün mediaya açıqlamasında “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqları niyə Lukaşenkonun aparmasına aydınlıq gətirib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu məsələdə Lukaşenkonun özünün maraqlı olduğunu bildirib:

“Lukaşenko özü təklif etdi ki, “Vaqner”in təsisçisi Yevgeni Priqojinlə danışıqlar aparsın. Çünki o, Priqojini 20 ilə yaxındır tanıyır. Yəni bu, onun şəxsi təşəbbüsü idi. Bu danışıq təbii ki, Prezident Putinlə də razılaşdırılıb”.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. Priqojin Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.


Share: