Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya yeni səfir təyinatı həyata keçirib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Krutoy bu ölkənin Moskvadakı səfiri təyin edilib.
Bundan əvvəl onun namizədliyinin Rusiya Prezidenti Vladimir Putinlə razılaşdırıldığı bildirilirdi.
Lukaşenkonun Mətbuat xidmətinin məlumatına görə, Krutoy həm də MDB İqtisadi Şurasında səlahiyyətli nümayəndə, Aİİ, MDB və KTMT çərçivəsində inteqrasiya əməkdaşlığı üzrə xüsusi nümayəndə olacaq.