Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
xəbər verir ki, məktubda deyilir:
“İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim.
Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən ardıcıl dərin islahatlar və müasirləşdirmə siyasəti, ölkə iqtisadiyyatının davamlı və balanslaşdırılmış inkişafının təmin edilməsi üzrə düşünülmüş tədbirlər sistemi bütün dünya tərəfindən qəbul olunur. Respublikada energetika və inşaat kompleksləri, yüngül və ağır sənaye, nəqliyyat infrastrukturu, sosial, elm və mədəniyyət sahələri uğurla inkişaf etdirilir.
“LUKOYL” şirkətinin Azərbaycandakı fəaliyyətinə göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Cari layihələr üzrə öhdəlikləri tam həcmdə yerinə yetirmək, eləcə də Azərbaycandakı tərəfdaşlarımızla uzunmüddətli əməkdaşlığımızı genişləndirmək və möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik.
Zati-aliləri, icazə verin, Sizə uzun ömür və möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, tərəqqi, Azərbaycan Respublikasının inkişafı və onun dost xalqının rifahının daha da yaxşılaşdırılması naminə ali dövləti vəzifənizdə yeni uğurlar arzulayım”, – məktubda deyilir.
Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin Baş icraçı direktoru Vadim Vorobyov da Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
İcazə verin, doğum gününüz münasibətilə “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi ən səmimi arzularımla təbrik edim.
Zəngin və peşəkar təcrübəniz, təşkilatçılıq istedadınız, şəxsi keyfiyyətləriniz Sizə ölkədə və ölkədən kənarda həmkarlarınızın, tərəfdaşlarınızın layiqli hörmətini qazandırıb. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dayanıqlı və dinamik inkişaf nümayiş etdirir. Aktual dövlət vəzifələri uğurla icra edilir, investisiya mühitinin yaxşılaşdırılmasına və xarici tərəfdaşlarla iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinə yönəlmiş ardıcıl fəaliyyət həyata keçirilir.
Fürsətdən istifadə edərək Azərbaycan Respublikasında “LUKOYL”un fəaliyyətinə şəxsən göstərdiyiniz dəstəyə və daimi diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. İcazə verin, Sizi əmin edim ki, biz iki ölkənin maraqları naminə qarşılıqlı əməkdaşlığı bundan sonra daha fəal şəkildə inkişaf etdirmək niyyətindəyik.
Zati-aliləri, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm”, – məktubda deyilir.