Kilsə təmirə bağlandıqdan sonra irland keşişi Maykl Kusak dini mərasimləri pabda keçirməyə başlayıb.
Onun sözlərinə görə, hakimiyyət Lüksemburqdakı katolik kilsəsini altı ilə qədər davam edə biləcək uzunmüddətli təmir üçün bağlayıb. Lakin dini xidmətlər üçün başqa yer nəzərdə tutulmayıb.
O, İrlandiyanın “Hop House 13” pabının sahiblərinə müraciət edərək, bazar günləri, obyektin bağlı olduğu vaxtlarda kütləvi dini tədbirlər üçün yer ayırmağı xahiş edib.
Pabın sahibi əvvəlcə keşişi saxtakarlıqda şübhəli bilsə də, sonradan onunla razılaşıb.
Keşiş qeyd edib ki, əslində kilsə arxeoloji işlərə görə bağlanıb. Onun altında şəhər divarlarının qalıqları axtarılır.
Mənbə: rossaprimavera.ru