Yanvarın 15-dən etibarən Parisdəki Luvr muzeyinə giriş biletinin qiyməti 15 avrodan 22 avroya qaldırılacaq.
“Figaro”ya istinadla xəbər verir ki, bu, 2017-ci ildən sonra ilk qiymət artımıdır. Muzey 29%-lik qiymət artımını 6 illik inflyasiya ilə əsaslandırıb.
86 min kvadrat metr baxış sahəsi olan Luvr dünyanın ən çox ziyarət olun muzeyi hesab edilir. 2022-ci ildə 7,2 milyon ziyarətçi muzeyə 76,5 milyon avro pul ödəyib. Fransa vətəndaşlarının əksər kateqoriyaları üçün muzey pulsuzdur.
Gələn il muzeyə 8,7 milyon ziyarətçinin gələcəyi gözlənilir.