Müstəqil.az lenta.ru-ya istinadən xəbər verir ki, moskvalı məktəbli qız ona intim əlaqəyə görə bir milyon rubl ödəyən , sonra isə pulun bir hissəsini geri alan biznesmendən polisə şikayət edib.
“18 yaşlı moskvalı Tatyana özünün ilk milyonunu gözəlliyi müqabilində qazanmaq istəyib. Qız biznesmenlə razılaşıb ki, ounla intim əlaqəyə görə bu məbləği ödəyəcək”-xəbərdə deyilir.
İş adamı gənc eskort qızı Novinski bulvarındakı otelə aparıb. Amma qızla birgə keçirdiyi gecə ürəyincə alınmayıb, seks biznesmendə istədiyi zövqü yaratmayıb və o tələb edib ki, pulun bir hissəsini qaytarsın. Məktəbli qız razılaşmayıb və pulu geri almaq üçün polisə ərizə ilə müraciət edib, həm də bildirib ki, onu zorlayıblar.
Hal-hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları situasiyanı araşdırırlar.