Mənəvi dəyərlər hər bir xalqın həyata baxışının,düşüncə tərzinin təcəssümüdür.Bu dəyərlər hər bir xalqın bel sütünudur-desək yanılmarıq.Bu gün bu dəyərləri unudan,öz həyatında başqalarını yamsılayan,bir növ manqurtlaşan bütöv millətlər,xalqlar da vardır.Lakin ana yurdumuz,sevimli vətənimiz Azərbaycan öz milli-mənəvi dəyərlərini nəinki qoruyur,yaşadır,hətta unudulmağa məhkum olunmuşları üzə çıxardır,onlara yeni can verir.
Vətənpərvərlik,doğma yurda qırılmaz tellərlə bağlılıq,Azərbaycançılıq,Azərbaycan dilinə dövlət dili kimi hər yerdə yüksək qiymət verilməsi belə dəyərlərdəndir.Vətəni sevmək,orada olan doğmalarını sevmək,onların dilini sevmək deməkdir.Ulu öndərimiz Heydər Əliyevin hamımızın dilinin əzbərinə çevrilmiş sözləri necə də yerinə düşür:”Hər bir xalqın milliyyətini,mənəvi dəyərlərini yaşadan,inkişaf etdirən onun dilidir.”Bu gün Azərbaycan durmadan bu yolla irəliləyir.Artıq dünyada yaşayan bütün azərbaycanlıların doğma vətəninə çevrilmişdir Azərbaycanımız.İndi dünyanın hər tərəfində yaşayan azərbaycanlı yurddaşlarımıza rast gəlmək olar.Onlar bir an da olsun öz soyköklərini unutmur,milli adət-ənənələrimizi yaşadır,xalqımızın haqq sözünü bizə xor baxanların üzünə hayqırır,təqiblərdən,təhdidlərdən,hətta ölümdən belə çəkinmirlər.
Əxlaqi dəyərlərimiz xalqımızın milli düşüncəsində,mentalitetində silinməz yer tutur.Ölkəmiz qırılmaz ailə bağlarının çiçəkləndiyi bir məkandır.Əsrlərdən bəri hələ evlənən günə qədər bir-birini yaxşı tanımayan gənclərin qurduqları ailə həmişə uzunömürlü olurdu.Əlbəttə,bu işdə böyüklərin rolu və həyat tərübəsi əvəzsiz rol oynayırdı.Böyüklərin sözü də “qanun” idi.Əxlaq saflığının qorunması işində,orda-burda düzgün həyat sürməyənlərə qarşı mübarizədə dövlətlə yanaşı bütün el iştirak edirdi.Bir çox problemlər elə yerindəcə həll olunur,yoluna qoyulurdu.Min illərdən bəri qorunub gələn əxlaq tərbiyəsi,sağlam yaşam tərzi bu gün də öz bəhrələrini verməkdədir.El qınağı,böyüklərin danlağı gənclər üçün,elə yaşlılar üçün də böyük dərsdir.
Mən həmişə qəlbimdə daşıdığım düşüncələri bölüşmək istəyirəm.Xalqımızın əxlaqi sərvətlərinin real təcəssümü kimi ulu öndər Heydər Əliyev və onun oğlu,siyasi varisi cənab Prezidentimiz İlham Əliyevin ailəsinin yaşam tərzi bütün azərbaycanlılar üçün canlı nümunədir.Onların simasında ata,ana,oğul,qız münasibətlərində işgüzarlıq,nəciblik,səmimiyyət,qayğıkeşlik ,ən başlıcası,təvazökarlıq hər bir azərbaycanlı üçün örnəkdir.
Son zamanlar Cənab Prezident İlham Əliyevin verdiyi fərmanlar,göstərişlər ölkəmizin həyatına yeni ab-hava gətirdi.Cənab Prezident zamanın nəbzini doğru-düzgün tutduğunu nümayiş etdirərək üzünü gənclərə tutdu,ölkənin gələcəyinin qurucularına ünvanlanmış mesajlar verdi.Görülən tədbirlər bir çox “özündənmüştəbeh “ proqnozları puça çıxardı.Köklü kadr islahatları,rüşvət virusunun məhvinə yönəlmiş radikal addımlar rəhbərin sarsılmaz iradəsini nümayiş etdirdi.Bu tədbirlər mənəvi dəyərlərimizin öncül istehkamı olan halallığın bütün ölkə üçün bərqərar edilməsinə yönəlmişdir.Belə olmasaydı,prezident yeni təyin etdiyi kadrlara “cəza günü”nü də unutmamağı xatırlatmazdı.
Halallıq əslində xalqımızın mental qan yaddaşında,düşüncə tərzində hakimdir.Elə bir yurddaşımız yoxdur ki, “halal-haram” fəlsəfəsi ilə tanış olmasın.Harama uyanlar bu barədə halallardan,bəlkə,daha çox düşünürlər,çünki nə etdiklərini “yaxşı “ bilirlər! Biz hamımız adını,mənasını hələ çox-çox sonra anlayacağımız vaxtlarda,böyüklərimizin sayəsində nəyin “ halal” ,nəyin “haram” olduğunu “olmaz”, “eləmə” , “sənin deyil” hökmlərinin altında öyrənmişik.Dövlər başçısı müqəddəs kitaba əl basıb ,and içəndən bəzi şəxslər bu halallığın qulluğunda olmuşdur.İndi isə dalınca donquldanan qaragüruhun sanki acığına hər gün ölkə əhalisinin rifahının yaxşılaşmasına yönəlmiş fərmanlar verir.Rüşvətə yön verən “kanalları” bir-bir bağlayır.Birinci növbədə əmək haqqlarını,təqaüdləri,müavinətləri dəfələrlə artırılması barədə fərmanlar verir.Qoy hamı-ölkəmizin ən aztəminatlı ailələri qida,ərzaq sıxıntısı çəkməsinlər.Hazırda bütün dünyada COVİD-19 pandemiyası yayılmışdır.Ölkə rəhbərimiz xalqımız üçün bu çətin və həssas dönəmdə də müdrik siyasət nümayiş etdirir,bu qlobal böhrana qarşı mübarizədə zəruri və qabaqlayıcı addımlar atır.Pandemiyadan əvvəl o gün olmurdu ki,yurdumuzun döyünən ürəyi,bəzəkli paytaxtımız Bakıda beynəlxalq səviyyəli tədbirlərin-konfransların,simpoziumların,idman yarışlarının keçirilməsinin,dünya şöhrətli yazıçıların,xanəndələrin,siyasətçilərin anşlaqla keçən çıxışlarının şahidi olmayaq.Bu,təsadüfi deyildir.Qonaqpərvərlik-əxlaqımızla əkiz doğulmuşdur.Bu söz deyiləndə dünyanın bir çox ölkələrində Azərbaycanın adı fəxrlə çəkilir.”Qonaq Allah qonağıdır” məsəlinin dillər əzbəri olduğu bir ölkənin rəhbəri də dünya səviyyəli tədbirlər üçün həmişə ev sahibi etməyə hazır olduğunu deyəndə necə də faxarət hissi keçirməyəsən!Dini inanclarımız da burada köməyimizə gəlir.Qonaqpərvərlik,xeyriyyəçilik,insanpərvərlik,sağlam həyat tərzi ,ailə sədaqəti kimi mənəvi dəyərlərin təbliğində dini inanclar dövlətlə yanaşı əhəmiyyətli rol oynayır.Biz kimliyindən asılı olmayaraq gələn qonağı əzizləyir,ən ləziz yeməklərlə bəsləyir,gülərüzlə yola salırıq.
Azərbaycan gözəlliklər diyarıdır.Müxtəlif iqlimlərin qovuşduğu ölkəmizdə prezidentin gündəlik qayğısı və nəzarəti sayəsində Avropa standartlarına uyğun magistrallar şəbəkəsi yaradılmışdır.Uca dağ başında yerləşən,canlı tarixi məkanımız Xınalıq kəndinə belə asfalt çəkilmişdir.Növbə ucqar kəndlərdə,dağ keçidlərində getdikcə artmaqda olan xarici və daxili turistlərin rahat hərəkəti üçün işlərin görülməsidir.Dövlətimiz neft gəlirlərindən asılı olmamaq üçün qeyri-neft sektorunun inkişafına fikir verdiyi kimi ölkədə turizmin çiçəklənməsinə zəmin yaradan işlər görür.Bu artıq artmaqda olan xarici turist axınına yol açır.Bu da büdcə gəlirlərinin artmasına kömək edir.
Milli mədəniyyətimiz –bizim misilsiz mənəvi dəyərimizdir.Mədəniyyətimizin tarixi təhlili ,analizi cild-cild kitaba sığmır.Ədəbiyyat.incəsənət,heykəltəraşlıq,rəssamlıq-bu adlar altında yüzlərlə,minlərlə şedevr yatır.Hələ orta əsrlərdə-Avropa “fil qulağında “ yatdığı zamanlarda üstündə əcdadlarımızın ruhu dolaşan bu müqəddəs torpaq Xaqani,Nizami,Füzuli,Nəsimi kimi dahiləri bəşəriyyətə bəxş edən bir xalq sahib olduğu bu dəyərlərlə hər çür ehtirama layiqdir.Dünyada bircə qədim Şamaxıda yetişən Xaqani,Nəsimi,M.Ə.Sabir, A.Səhhət, M.Hadi, S.Ə.Şirvani kimi söz nəhənglərinə tay ola biləcək ikinci bir məkan varmı?!O vaxtlar işğal altında inləyən,övladı zəmanə tiranları tərəfindən dabanından diri-diri soyulan Vətən öz sərvətinə sahib çıxa bilmədi…Bu gün Azərbaycan mədəniyyəti nəinki çiçəklənmiş,inkişaf edir,dünya ədəbiyyatı sıralarında öz layiqli yerini tutur,erməni faşistləri tərəfindən qəsb olunmuş torpaqlarımızdakı mədəniyyət abidələrimizin dağılmasının qarşısını almaq üçün dünya ictimaiyyətinin diqqətini beynəlxalq səviyyədə keçirilən tədbirlərdə işğalçıların bəd əməllərini ifşa edir,onlara yuxunu haram edir. Qarabağ mövzusu bütün mədəniyyətimizin ,incəsənətimizin içərisindən qızıl xətt kimi keçir.Sənət adamları “müsəlləh əsgər “ kimi tez-tez cəbhə bölgəsində olur,vətənpərvərlik,ana yurdun müdafiəsi barədə əsgərlərlə söhbətlər edir,əsərlərini oxuyurlar. Onlar onsuz da Ali Baş Komandanın əmrinə gərilmiş yay kimi müntəzir olan əsgərləri daha da ruhlandırırlar. Rəşadətli Azərbaycan ordusunun torpaqlarımız uğurunda apardığı mübarizələr, göstərdikləri qəhrəmanlıq dastanı yağı düşmənin arzusunun ürəyində qalacağını bir daha sübut etdi.Azərbaycan igidləri bilirlər ki,Vətəni qorumaqla milli-mənəvi dəyərlərimizi qoruyurlar.İndi yanlız quldur erməni tapdağı altında olan torpaqlarımızın tamamilə və bütünlüklə azad etmək qalır.O gün isə uzaqda deyil!!!
Məhbubə Şahbazova,
Masallı rayonu, Bədəlan kənd tam orta məktəbinin müəllimi