Məcburi köçkün ailələri üçün yeni binalar inşa olunacaq -FOTOLAR

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 1 iyul 2004-cü il tarixli sərəncamı respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da uğurla icra edilir. Bu gün həmin sərəncamla məcburi köçkün ailələri üçün saysız-hesabsız yeni qəsəbələr salınır, onların həyat şəraitləri yaxşılaşdırılır.

Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunda da sakinlər düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını yaşayırlar. Bu gün rayonun 7 kəndi 25 ildən çoxdur ki, işğal olunub. 5 kəndi isə daim erməni silahlı birləşmələrinin atəşi altındadır. Torpaqlarımızın müdafiəsi zamanı Qazax rayonu 285 şəhid verib.

Qazax rayonunda məcburi köçkün həyatı yaşayan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Aşağı Əskipara, Yuxarı Əskipara kəndlərinin sakinləri hər zaman dövlətin və Dövlət Başçısının qayğısı ilə əhatə olunublar. Rayonun Qazaxbəyli kəndində 304 məcburi köçkün ailəsi üçün bütün infrastukturlarla tam təmin olunmuş yeni qəsəbə də bu diqqət və qayğının bariz nümunəsidir. Həmin qayğını məcburi köçkün ailələri bu gün də hiss edirlər. Əlavə olaraq 300-ə yaxın məcburi köçkün ailəsinin məskunlaşacağı yeni 8 binanın tikilməsi bunun əyani sübutudur.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Tikinti Təmir və Hüquq şöbəsinin müdiri Rövşən Əlvəndov və digər komitə nümayəndələri ilə birlikdə Qazaxbəylidə salınmış yeni qəsəbədə olub, əlavə tikiləcək binalar üçün ayrılmış torpaq sahəsinə baxıb. Qonaqlarla tikinti ilə bağlı bəzi müzakirələr aparılıb və yaxın günlərdə işlərin başlanılmasına qərar verilib.

Qazaxda məcburi köçkün ailələri üçün yeni binalar inşa olunacaqdır
Qazaxda məcburi köçkün ailələri üçün yeni binalar inşa olunacaqdır
Qazaxda məcburi köçkün ailələri üçün yeni binalar inşa olunacaqdır

Share: