Bağırsaqdakı faydalı bakteriyaları qidalandırmaq üçün biz də normal qidalanmalıyıq. Əgər onlar ac qalsa, bağırsaq mikroflorası pozulur və burdan da səhhətdə problemlər yaşanır.
Müstəqil.Az Medicina.az-a istinadən prebiotik və probiotik təsirli təbii qidaları təqdim edir:
– Alma – pektin təbii lifdir. Nazik bağırsaqda həll olmur, ona görə bağırsaqdakı bakteriyalara yetir. Gündə bir ədəd yaşıl alma yeyin;
– Banan – 7 faiz sutkalıq doza lif tərkiblidir;
– Çia toxumları – 2 qaşıq toxumda sutkalıq tələbatın 40 faizinə qədər lif var. Qanda şəkəri tənzimləyir;
– Yulaf – bağırsaqda problemi olanlar səhər yulaf yeməyə başlasın;
– Soğan – zərərli bakteriya və göbələyi məhv edir;
– Sarımsaq – qanda şəkəri, xolesterini salır, təbii antioksidantdır;
– Nut – noxud – fol turşusu və dəmirlə zəngindir;
– Qulançar – sparja – bağırsaqlar, qaraciyər, qan üçün vacibdir. Hələ də bunlar menyunuzda yoxdursa, gündə birini rasiona daxil edin.