“Mədəni İnkişafın Təbliği” İctimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qadınların hüquqi, sosial və iqtisadi cəhətdən dəstəkləmək məqsədilə maarifləndirilməsi və “Yaradıcı Zərif Əllər” sərgisinin təşkili” mövzusunda layihənin icrasına başlayıb.
Layihənin icrası ilə bağlı peşəkar işçi heyəti seçilmiş, tədbirlər planı hazırlanmışdır. Qadın problemləri ilə məşğul olan yerli QHT-lərə yeni layihənin məqsədi və qarşıya qoyulan vəzifələr barədə məlumat verilmiş, layihə çərşivəsində əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.
Qeyd edək ki, layihənin əsas məqsədi qadın sahibkarlığına məsləhət və informasiya dəstəyi vermək, onların hüquqi bilgilərinin artırılmasına, işgüzar əlaqələrinin genişləndirilməsinə, sahibkarlıq təşəbbüslərinin inkişafına yardımçı olmaqla qadınların kiçik və orta biznes fəaliyyətinə təşviq etməkdir. Bu layihə çərivəsində Sumqayıt şəhəri və ətraf qəsəbələrdə yaşayan (Corat, H.Z.Tağıyev, Saray və Ceyranbatan) və əl bacarıqları olan aztəminatlı qadınlar üçün hüquqi, sosial və biznes yönümlü maarifləndirmə təlimləri təşkil ediləcək. Ümumilikdə təlimlərdə əl qabiliyəti olan 40 nəfər iştirak edərək zəruri yeni bilgilər əldə edəcək. Layihənin sonunda təlimlərdə iştirak edən yaradıcı xanımların əl işlərini nümayiş etdirmək üçün “Yaradıcı Zərif Əllər” sərgisi təşkil olunacaq.
Layihə müddəti 4 ay olmaqla fevralın 1-dən başlamaqla iyunun 1-dək icra olunacaq..
Xatirə Fərəcova
“Mədəni İnkişafın Təbliği” İctimai birliyinin sədri