Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin Yardımlı rayonunun Qaraqaya kəndində “Ucqar bölgələrdə gender əsaslı fəaliyyətin stimullaşdırılması” layihəsinin nəzərdə tutulan birinci tədbiri həyata keçdi. 20 nəfərə yaxın kənd sakininin iştirak etdiyi tədbiri layihə rəhbəri Xatirə Fərəcli açaraq, ucqar bölgələrdə gender probleminin aktuallığını qeyd etdi. Sonra mövzu ilə bağlı hazırlanmış sosial çarx nümayiş olundu.
Mövzu ilə bağlı, “Gender bərabərliyi: Bərabər addımlar – uğurlu nəticələr” kitabının müəllifi Samirə Şaqavatova, Gender problemləri üzrə mütəxəssis, təlimçi Vəfa Saleh, “VİP” Mərkəzinin rəhbəri, jurnalist Aygün Hacıyeva geniş məruzə etdilər. Həmçinin kənd ziyalılarından Eynulla İsmayılov (kənd məktəbininAzərbaycan dili və Ədəbiyyat müəllimi, tənqidçi-publisist, qiraətçi), Güloğlan İmanov (Rayon Mərkəzi Kitabxanasının əməkdaşı, şair), Sabir Ağayev (şair)mövzu haqqında öz fikirlərini bildirdilər. Tədbir iştirakçıları ilə aparılan diskussiya xarakterli söhbətlər maraqlı və yaddaqalan oldu.