”Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin daha bir layihəsi gerçəkləşdi

”Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin daha bir layihəsi gerçəkləşdi

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin Yardımlı rayonunun Qaraqaya kəndində   “Ucqar bölgələrdə gender əsaslı fəaliyyətin stimullaşdırılması” layihəsinin nəzərdə tutulan sonuncu tədbiri həyata keçdi. 24 iyul 2024-cü il tarixdə həyata keçirilən tədbirdə kəndin müxtəlif təbəqələrinin nümayəndələri: həkimlər,müəllimlər, bələdiyyə nümayəndələri, QHT nümayəndələri, eləcə də evdar xanımlar iştirak edirdi. Tədbiri çıxış sözü ilə açan QHT rəhbəri Xatirə Fərəcli problemin vacibliyinə toxunaraq, layihənin ucqar bölgələrdəki əhəmiyyətinə toxundu. Sözü təlimçi və çıxışçılara verməmişdən əvvəl Vətənimizin bütövlüyü uğrunda şəhid olan igidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Sonra mövzu ilə bağlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmış “Arzularının arxasınca get”adlı sosial çarx nümayiş olundu. 

Mövzu ilə bağlı,  “Gender bərabərliyi: Bərabər addımlar – uğurlu nəticələr” kitabının müəllifi Samirə Şaqavatova, Gender problemləri üzrə mütəxəssis, təlimçi Vəfa Saleh, “VİP” Mərkəzinin rəhbəri, jurnalist Aygün Hacıyeva geniş məruzə etdilər. Həmçinin kənd ziyalılarından kəndin tibb məntəqəsinin rəhbəri, kənd seçki məntəqəsinin sədri, kənd məktəbinin tarix və ibtidai sinif müəllimləri və b. aktiv iştirak  edərək, mövzu haqqında öz fikirlərini bildirdilər. Tədbir iştirakçıları ilə aparılan diskussiya xarakterli söhbətlər maraqlı və yaddaqalan oldu. 

Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkildi. 

Share: