“Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin növbəti tədbiri gerçəkləşdi

“Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin növbəti tədbiri gerçəkləşdi

“Mədəni İnkişafın Təbliği” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Yardımlı rayonunda “Ucqar bölgələrdə gender əsaslı fəaliyyətin stimullaşdırılması” layihəsi çərçivəsində nəzərdə tutulan ikinci tədbir keçirildi. Tədbirdə 20  nəfərə yaxın kənd sakini,ziyalılar iştirak etdi.  Tədbiri giriş özü ilə layihə rəhbəri Xatirə Fərəcli açaraq, şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdikdən sonra ucqar bölgələrdə gender probleminin aktuallığını qeyd edib, problemə cəmiyyətin diqqətinin yönəlməsinin vacibliyini vurğuladı.  Sonra mövzu ilə bağlı hazırlanmış sosial çarx tədbir iştirakçılarına nümayiş olundu. 

Mövzu ilə bağlı,  “Gender bərabərliyi: Bərabər addımlar – uğurlu nəticələr” kitabının müəllifi Samirə Şaqavatova, Gender problemləri üzrə mütəxəssis, təlimçi Vəfa Saleh geniş məruzə etdilər. Həmçinin rayon ziyalılarından Heybət Qədirov (kənd məktəbinin kimya müəllimi, repetitor – müəllim), Güloğlan İmanov (Rayon Mərkəzi Kitabxanasının əməkdaşı, şair), Fikrət Şahbazlı (şair), Sakit İlkin (şair), Ülvi Aydın (şair), Masıyeva Şərqiyyə (kitabxana filial müdiri), Qurbanova Elza (kitabxana filial müdiri), Həzrət Əsgərli (böyük biblioqraf),  Şahbaz İsmayılov (kitabxana xidmət şöbəsinin əməkdaşı), Şahin Əlisoy, Bünyadova Fəxriyyə, İsmayılova Sevincvə b. mövzu haqqında öz fikirlərini bildirdilər. Tədbir iştirakçıları ilə aparılan diskussiya xarakterli söhbətlər maraqlı və yaddaqalan oldu. 

Share: