“Mədəniyyət/Culture” jurnalı və jurnalın baş redaktoru Zöhrə Əliyeva “HUMAY” mkafatına layiq görüldü

“Mədəniyyət/Culture”  jurnalı və jurnalın baş redaktoru Zöhrə Əliyeva “HUMAY” mkafatına layiq görüldü

“Humay” Milli Mükafatı Akademiyası  2020 –çi ilin  qaliblərini elan etdi. Müstəqil.Az Medeniyyet.info -ya istinadən xəbər verir ki ,  laureatlar arasında “Azərbaycan mədəniyyətini uğurla təbliğ etdiyinə, dövri nəşrlər arasında öz dəsti-xətti ilə seçildiyinə  görə”  ”Mədəniyyət /Culture” Jurnalı və  jurnalın baş redaktoru, Respublikanın Əməkdar Mədəniyyət İşçisi Zöhrə Əliyeva da var.

“Humay” 1993-cü ildən “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən təsis olunan və laureatları “Humay” Akademiyasının üzvləri tərəfindən müəyyən edilən milli mükafatdır. Laureatlar əsasən ədəbiyyat, teatr, musiqi, rəqs, kino, elm, kitab nəşri, mətbuat, televiziya, idman, foto nominasiyaları üzrə fərqlənən namizədlər arasından seçilir.

 

Humay” milli mükafatı 25-ci dəfə təqdim edilib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müstəqil Azərbaycanın ilk milli mükafatının bu ilki, 28-ci təqdimatının işğal tariximizin sona çatması, zəfər tariximizin yazıldığı illə əlamətdar olması ilə bağlı təəssürat və düşüncələrini mükafatın təsisçisi Fikrət Zərbəliyev “Mədəniyyət/Culture” jurnalına belə ifadə etdi:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı, canı bahasına biz nəhayət ki, ərazi bütövlüyümüzü bərpa etdik. “Humay” Mükafatının rəmzi olan Humay ilahəsi, ana obrazı da mədəniyyətimizi və deməli bütün xalqımızı hifz edən qüvvə, öz qanadları altına alan müqəddəs varlıq kimi anlaşılır. Mükafatımızın laureatları Möhtərəmlər Şurasının qərarı ilə seçilir. “Humay” Milli Mükafatı Akademiyasının üzvlərini hər bir ziyalı və sadə azərbaycanlı, həmçinin digər ölkələrin vətəndaşları da yaxşı tanıyır. Bunlar yazıçılar Anar, Çingiz Abdullayev, kino xadimləri Oqtay Mirqasımov, Rasim Balayev, musiqi xadimlərindən Səyavuş Kərimi, Faiq Sücəddinov, rəssamlıq sahəsindən Çingiz Fərzəliyev, vaxtilə rəhmətlik Rafiq Hüseynli və bir çox digər yaradıcı şəxslər Akademiyamızın üzvləridir. Laureatların seçimi onların fikrindən, rəyindən asılıdır. “Mədəniyyət/Culture” jurnalı Mədəniyyət Nazirliyinin təqdimatı ilə digər nominantlar arasından seçilib. Möhtərəmlər Şurası jurnalın yeni simasının, yeni məzmununun müəllifi Əməkdar mədəniyyət işçisi, tanınmış media nümayəndəsi Zöhrə xanım Əliyevanın zəhmətinə dəyər verərək jurnalı “Humay” mükafatına layiq görüb. Daha böyük nailiyyətlər arzulayıram”.

P.S. Müstəqil.Az -ın əməkdaşları da ömrünü Azərbaycan mədəniyyətinə həsr etmiş  dəyərli Zöhrə xanımı bu münasibətlə təbrik edir, daha uca zirvələr arzulayır.

 

Müstəqil.Az

Share: