Mədət Quliyev DTX-nin sabiq əməkdaşını özünə müşavir təyin etdi

Mədət Quliyev DTX-nin sabiq əməkdaşını özünə müşavir təyin etdi

Müdafiə sənayesi naziri Mədət Quliyev özünə yeni müşavir təyin edib.

“Qafqazinfo” xəbər verir ki, nazirin əmri ilə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzinin sabiq rəisi Arif Babayev bu vəzifəyə gətirilib.

Müdafiə Sənayesi Nazirliyindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, A.Babayev “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları ilə təltif olunub, DTX-nin fəxri əməkdaşıdır. 

Share: