“Azərbaycan millisinin Slovakiya üzərində qələbəsi sürpriz olmadı”.
“Report”un məlumatına görə, bunu Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adıyev Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu – VI tur oyunundan əvvəl mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis rəqibə hörmətlə yanaşdıqlarını bildirib: “Bu komandanı güclü rəqib kimi tanıyırıq. Bilirik ki, ölkənizdə “Qarabağ” kimi güclü klublar var”.
Qeyd edək ki, sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.