Məhəmməd peyğəmbərin sevimli müalicə üsulu – Müasir tibb onu niyə rədd edir?/ VİDEO

Həcəmət – bədən və başdan qanalmadır. Hippokrat, İbn Sinadan tutmuş Məhəmməd peyğəmbərə kimi bir çoxları bu müalicə metodunun 30-dan çox xəstəliyə müsbət təsir etdiyini təsdiqləyiblər.
Müstəqil.Az Medicina.az-a istinadən xəbər verir ki, günümüzdə bəzi rayon və kəndlərdə, ev içi türkəçarə kimi tətbiqolunan həcəmət yavaş-yavaş tibb tərəfindən sıxışdırılır, qəbul olunmur, unudulur.
Prosedurun özü və görüntüsü bir qədər qorxulu və qanlı olsa da, “Hicam” ərəb dilindən “sovurmaq” deməkdir. Qədimdə Avropada qanalmanı qolda damarın deşilməsi ilə edirdilər. Asiya, ərəb ölkələrində və Azərbaycanda isə baş və boyun hissə çərtilir, qan bankaların köməyi ilə sovrulub yığılırdı. Deyilənə görə, bu sorulan qan zərərli və çirkli qan olur. Xüsusən qaraciyərin hemoxromatozu xəstəliyi zamanı əvəzsizdir. Çünki bu xəstəlik zamanı qanda çoxlu dəmir yığılır ki, bu da qaraciyəri yükləyir.
Alimlər həcəmətin insan sağlamlığına olan təsirini araşdırıb, müsbət rəylər verirlər. Amma nədənsə müasir tibb ocaqları bu prosedura yaxın gəlmir. Əslində isə ildə 1-2 dəfə qan aldırmaq insanı gümrah edir. Statistika göstərir ki, qan donorları olan insanlar daha çox yaşayır və sağlam qalırlar.
Hipertoniya – yüksək təzyiq zamanı qanalmanın köməyi ilə təzyiqi aşağı salmaq olur.
Amerikan alimi Bauer sübut edib ki, qanaldırmadan sonra orqanizmdən zərərli maddələrin xaric olması 30% artır.
Fransız alim professor Kantel həcəmətdən sonra insan qanını mikroskopik tətbiq edib və belə qənaətə gəlib ki, insanın immun sistemi xeyli fəallaşır.
Deyirlər ki, mütəmadi həcəmət etdirən insan insult və infarkt olmaz.
Həcəmət qədim tibbi prosedurdur və özbaşına necə gəldi etmək olmaz.
Həcəmət bu xəstəliklərdə uyğundur:
-Yüksək təzyiq
-İmmun zəifliyi
-Sonsuzluq, qadın xəstəlikləri
-Şəkər
-Depressiya, sinir əzələ zəifliyi
-Xərçəngin profilaktikası
-Miqren, baş ağrıları
-Saç tökülməsi
-Baş-beyin, qulaq, burun xəstəlikləri
-Ürək xəstəlikləri
-Tromblaşma
-Mədə və bağırsaq, qaraciyər
-Bədəndə səpkilər
-Sızanaqlar, psoriaz
-Boyun, bel, onurğa ağrıları
-Qaraciyər piylənməsi
-Cinsi zəiflik
-Revmatizm
-Babasil
-İltihabi xəstəliklər
Həcəmət zamanı qan xüsusi nöqtələrdən götürülməlidir, bunu da yalnız peşəkarlar bilir. Odur ki, hər kəs çox diqqətli olmalıdır. Qanalmanın əks göstərişi də vardır. Bu şəxslərin qanaldırması qəti qadağandır:
-Aşağı təzyiq
-Anemiya
-Ateroskleroz
-Açıq xoralı yaralar
-Ağır əməliyyatdan sonra
-Ağır ürək qüsuru
Qeyd edək ki, qanalma ilə bağlı bəzi müsəlman ölkələrində xüsusən İranda yeni üsullardan istifadə edilir.
Həmin qanalma proseslərindən birinin video görüntüsünü təqdim edirik:

Müstəqil.Az
Share: