Məhkəmə “Albert Rıji”ni öldürən qubalı killerə hökm oxudu

Məhkəmə “Albert Rıji”ni öldürən qubalı killerə hökm oxudu

Moskva Məhkəməsi azərbaycanlı “qanuni oğru” Əli Heydərovun (“Albert Rıji”,“Kürən Albert”) qətlində təqsirləndirilən Mətləb Sultanova hökm oxuyub.

Bu barədə Moskva Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qərara əsasən Mətləbə Sultanov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, killer Mətləb Sultanov 2021-ci il aprelin 12-də Moskvanın Aviasiya küçəsində yerləşən “Al Yelkən” elit yaşayış kompleksinin fitnes zalında Əli Heydərova tapançadan bir neçə dəfə atəş açıb.

Əli Heydərov (“Albert Rıji”) aldığı güllə yaralarından yerindəcə keçinib.

Rusiya mətbuatında yayılan digər məlumatlara görə, “Albert Rıji”nin qətli onun əzəli düşməni, cinayətkar aləmdə böyük nüfuzu olmuş “Lotu Quli”nin (əsl adı Nadir Səlifov – red.) öldürülməsinin qisası da ola bilər.

“Albert Rıji”ni qətlə yetirən killerə gəldikdə isə əslən Quba rayonundan olan Mətləb Sultanov 2008-ci ildə bacısını öldürüb, yeznəsinin qulağını kəsib.

Share: