Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən regional təhsil idarələrinin tabeliyindəki məktəblərdə psixoloji mühitin daha da yaxşılaşdırılması və təhlükəsizliyin gücləndirilməsi üçün müvafiq təlimatlar göndərilib.
Bunu -ya açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva deyib.
O bildirib ki, məktəblərdə psixoloji mühitin təşkili və uşaqların təhlükəsizliyi Agentlik üçün ən vacib və ən həssas məsələlərdəndir:
“Biz cəmiyyətdən, mediadan çox xahiş edirik ki, uşaqların yaş həddini və onların həssas durumunu nəzərə alaraq, paylaşımlar edərkən diqqətli olsunlar”.