Məktəblilər zavodun labaratoriyasında işin təşkilini də əyani şəkildə müşahidə ediblər

Məktəblilər zavodun labaratoriyasında işin təşkilini də əyani şəkildə müşahidə ediblər

Neftçalada  fəaliyyət  göstərən  “ Ekoloji  Maarifçiliyə  Yardım “  ictimai  birliyi  mədən  sənayesi  ilə  məşğul  olan  Neftçala  Əməliyyat  şirkəti ,  AZƏRYOD  MMC  tərəfindən  ərazidə  ətraf  mühitə, əhalinin sağlamlığına  vurulan  zərərli  təsirlərin aradan qaldrılması  üçün monitorinqlər  aparır,  Maraqlı layihələr  həyata  keçirir.

İctimai   Birlik  hazırda Qeyri  Hökukət  təşkilatlarına  Dövlət  Dəstəyi  Agenliyindən  aldığı “ Şagirdlərin ekoloji  tərbiyəsində  istehsalat  müəssisələri  ilə  əlaqələrin  qurulması “ layihəsinin  icrasını  davam  etdirir.  Bu  günlərdə  İB  Neftçalanın  mədən  sənayesinin  zərərli  təsirlərinə  məruz  qalan  Mirqurbanlı  kənd  tam  orta  məktəbinin  15 ( on  beş  ) nəfər  yuxarı  sinif  şagirdinin  AZƏRYOD  MMC  – nin mədən  ərazilərinə  aparmış  məktəblilərə  burada  texnogen  ekoloji  vəziyyətlə  bağlı  məlumatlar  verilmişdir.

Tədbirin  davamında  məktəblilər  zavodun  2 saylı  su  vurma  məntəqəsində istehsalatın  təşkili  ilə  tanış  olmuşlar. Sonra  isə  AZƏRYOD  MMC  – nin  yod  istehsalı  sexində  iş  prosesini  izləmiş,  maye  və  kristal  yodun  alınmasını  müşahidə  etmişlər. Yod  istehsalı  sexinin  rəisi   Etibar  Qəniyev  şagirdlərə  istehsal  prosesi  ilə  yanaşı müəssisədə  ətraf  mühitə  ekoloji  təsirlərin  azaldılması  ilə  bağlı son  dövrlərdə  görülən tədbirlərdən  bəhs  etmişdir. Məktəblilər  zavodun  labaratoriyasında  işin  təşkilini  də  əyani  şəkildə  müşahidə  etmişlər.

Share: