Məktəblinin xəstəxanada ölməsi ilə bağlı araşdırma aparılır

Məktəblinin xəstəxanada ölməsi ilə bağlı araşdırma aparılır

Oktyabrın 18-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində elektrik cərəyanı vurması nəticəsində xəsarət alan 2008-ci il təvəllüdlü Tunar Bayramovun növbəti gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə “Qafqazinfo”ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, dünyasını dəyişən məktəbli Biləsuvarın Ağalıkənd kəndinin sakinidir.


Share: