Tanınmış həkim-yazar Məlahət Hümbətqızı yeni, “Ağ libaslı mələk” kitabı ilə oxucularının görüşünə gəldi. “Elm və Təhsil” nəşriyyatında işıq üzü görən kitab həkim-yazarın son vaxtlar qələmə aldığı hekayələrininn toplumudur. Koronovirusdan əziyyət çəkən insanların şəfa tapmasında həkim kimi fədəkarlıq göstərən yazıçı xanımın müşahidələrinin və qarşılaşdığı hadisələrin təsirindən yazılan hekayələr kitabının geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanması mətbuatdan məlumdur. Müstəqil.Az yazıçı ilə etdiyi müsahibəni oxuculara təqdim edir:
– Məlahət xanım, “Ağ libaslı mələk”lə oxucularınızı tanış etdiz. Sizcə bu tanışlıqdan oxucularımız məmnun qalacaqmı?
– Bilirsiz, yazıçı kitab yazanda düşünmür ki, onun yazdıqlarını hər bir oxucu bəyənəcək. İnsanların fikirləri, düşüncələri müxtəlifdir. Əlbəttə ki, istəyərəm ki, insanlar yazdığım hekayələri oxusunlar, bəyənsinlər. Bu mənə çox xoş olardı. “Ağ libaslı mələk” kitabda yer alan hekayələr, əlbəttə ki, mənim koronovirusla mübarizə apardığım xəstəxanalarda gördüyüm, yaşadıqlarımdı. Mən bu hekayələrin bir qismini publisistik hekayə adlandırardım.
– Kitabı oxumamışam, o baxımdan suallarımda daha diqqətli olacam. Siz özünüz bu ağ libaslı qadın deyilsiz ki? Axı siz həm də həkimsiz və bu ad sizə çox yaraşır.
– Təşəkkür edirəm. Mənim fikrimcə Ağ libaslı mələk tək mən yox, modul xəstəxanalarda koronovirusla mübarizə aparan bütün fədakar, qəhrəman tibb işçiləridir. Bu adı bizə xəstəxanada xəstələr verib. Onlar bizə “ağ libaslı mələk” deyirdilər. Son ümüd yerləri olduğumuz üçün, qayğı və diqqət göstərdiyimiz üçün, müalicə edib, sağaltdığımız üçün. Kitabın da adı elə onların ifadəsindən yarandı.
– Təqdimata qələm dostlarınız, tanınmış ziyalılarımız gəmişdi. Bu insanların əksəriyyəti həm də sizin posintinizdir, həkim olaraq çoxlarımızın şəfa tapmasında əziyyətiniz var. Yəni o insanlar Yazıçı Məlahət xanımın, yoxsa həkim Məlahət xanımın pərəstişkaları idi?
-Təqdimata gələn bütün dostlarıma minnətdaram. Ağ libaslı mələyi tək qoymadılar, yanımda durdular, dəstək oldular, xoş sözlər söylədilər. Əlbəttə ki, koronovirusdan müalicə alan pasiyentlərim arasında yazıçı və şairlər, hətta əzizləri, yaxınlrı da vardı. Adlarını çəkməyəcəm. Əsas odur ki, sağalıblar. Təqdimatda yazıçılığımdan çox həkimliyimdən daha çox danışıldı. Onlar məni sosial şəbəkədən koronovirusla mübarizə aparan həkim kimi daha çox tanıyırlar.
– Kitabın qapaq səhifəsindəki rəsmdən və adından məlumdur ki, orada yer alan hekayələrdə son dövrün bəlası olan Koronovirus, bu virusdan əziyyət çəkənlər və onların şəfası üçün fədəkarlıq edən həkimlərimizdən bəhs edilir. Düzmü düşündüm?
-Bəli. İki ilə yaxındır koronovirusla mübarizə aparan həkimlərin cərgəsindəyəm. Yüzlərlə xəstələri sağaldıb evlərinə yola salmışam. Bir xəstə əlimdə ölməyib. Kitabdakı hekayərərdə həkimlərin fədakarlığından, xəstələrin ölümlə üz- üzə qaldığı vaxtlarda keçirtdiyi sarsıntıları, qorxu, həyəcanı oxuculara çatdırmq istəmişəm.
-Oxucu rəğbəti, yoxsa şəfa tapmış xəstənin sevinc dolu minnətdarlığı, sizin üçün ilk növbədə hansı çəkicidir?
Əlbəttə ku, hər ikisi. Amna peşəmi unutmuram. Bu günki uğurum üçün peşəmə – həkimliyimə minnətdaram. 25 ildir insanların sağlamlığı keşiyində durmuşam. Peşəm mənə baş ucalığı, hörmət, sevinc dolu minnətdarlıq bəxş edib. İnanıram ki, gələcəkdə peşəmdə qazandığım nailiyyətlərlə yanaşı , yazıçı kimi də oxucu rəğbəti qazanacam.
-Siz yaxşı dostsuz və dostcanlı bir xanım əfəndimizsiz. Dost sevgisindən dəməhrum deyilsiz. Bəs qibtə, həsəd necə? Özü də bunu hiss edirsizsə hansı zümrənin içində daha çox təsadüf edirsiz, ağ libaslı mələklərin, yaxud əli qələmlilərin sırasında?
-Fikrimcə heç kim mənə qibtə, həsəd aparmır. Çünki mən nə məşhur yazıçı, nə də tanınmış həkim deyiləm. Mən sadə bir insanam. Bütün həkimlər kimi modul xəstəxanalarda COVİD xəstələrini müalicə edirəm. Həkim kimi borcumu yerinə yetirirəm.
– Sizinlə sağollaşıram. Özünüzə daha çox nə arzulayardız, xəstə sevinci, yoxsa oxucu rəğbəti?
– Əlbəttə ki, hər ikisini. Təşəkkür edirəm müsahibəyə görə. Var olun.
Söhbətləşdi: Faiq Balabəyli