Azərbaycanlı şair Məmməd İsmayıl Türkiyədə əməliyyat olunub.
Kulis.az xəbər verir ki, bu barədə şairin özü feysbukda paylaşım edib.
“Dünən səhər ağır əməliyyatdan birini də keçirdim. Belə görünür, Allahın nəzəri yenə də üstümdə imiş. İçimdə bir misra səsləndi bildim qoruyan qoruyur, ölməyəcəyəm”, – deyə M. İsmayıl paylaşımda qeyd edib.