Məşhur amerikalı aktyor Arnold Şvartsenegger maraqlı açıqlama verib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o, gündəlik məşğuliyyəti və planları barədə danışıb.
75 yaşlı aktyorun sözlərinə görə, sağlam həyat sürmək və uzunmüddətli yaşamaq üçün hər gün məşq edir:
“Hər gün velosiped sürürəm. Yeni film təklifləri alıram, amma mənə pul lazım deyil. Sağlamlığım üçün çalışıram. Ümumiyyətlə, etdiyim hər şeyi sevirəm. Təqaüdə çıxmağı isə gözləmirəm. Mənim planım uzun və sağlam yaşamaqdır”.