Dünən Xəzər telekanalında yayımlanan “5/5” verilişinin qonağı olan xalq artisti Rafiq Hüseynov (Rəmiş) və xanımı Gülü Zaurun “sürpriz”i ilə qarşı-qarşıya qalıblar.
Milli.Az xəbər verir ki, aparıcı Gülünün adından hazırladıqları sualları onun dilindən Rəmişə ünvanladıb.
Rəmişlə Gülünün sual-cavab əsasında yaranan maraqlı dialoqunu təqdim edirik:
Mənə görə gitaranı atarsan?
– Yox!
Mənə xəyanət eləmisən?
– 50 dəfə.
Maşını satıb, mənə bahalı şuba alarsan?
– Mənim Ehtiram kimi, Təyyar kimi dostlarım var. Maşını satınca, onlara deyərəm “Gülüyə şuba alıb, gətirin”, alıb gətirərlər. Bu da olmasın iki milyarderin toyu.
Evi mənim adıma keçirərsən?
– Çoxdan keçirmişəm, evi də, maşını da. Ona görə ki, insan ömrü çox qısadır. Xəstələnməyi var, ölməyi var. Mənim başıma nəsə gələrsə, bəzi qohum-əqraba o mülk üçün Gülüylə davaya qalxmasınlar, ona görə.
Mənim ad günüm nə vaxtdır?
– Yadımda deyil o.
Məni çox istəyirsən, yoxsa gitaranı?
– İkinizi də eyni səviyyədə. Biri pul gətirir, biri də əziyyətimi çəkir.
Mənim dalımca danışmısan?
– Çox.
Camaatın yanında sevgini mənə sübut edə bilərsən?
– Camaatın yanında? Camaatın yanında sevgi olar?!(gülür)
Müstəqil.Az