Tanınmış rəssam, eyni zamanda gözəl şeirlər müəllifi, qısa müddətdə özünə xeyli oxucu toplaya bilən istedadlı şair Sehran Allahverdi ilə görüşmək, onunla doğum günü ərəfəsibndə Müstəqil.az-ın oxucuları üçün maraqlı bir söhbət etmək istəyi bir neçə gündür ki məni tərk etmirdi. Elə bu istəklə də səhərin gözü açılar-açılmaz zəng etdim, və görüşüdük:
– Sehran bəy, səni xoş gördük, bir müddətdir səndən xəbərim olmur, haralardasan?
– Elə buralardayam, sadəcə başım bir az qarışıqdır. Əlbəttə ki, yaradıcılıga.
-İşinin çoxluğu məlumdur, bəsbaşını qarışdıran yaradıcılıq necə geddir? Sənin əlini ayağını çox buxovlamır ki?
– Yox deməzdim. İşimlə məşğulam. Mən elə də gözə girən adam deyiləm, az görünməyim buxovlanmağma görə olamaz. . Əlbəttə ki, ölkədəki buxovlanmalar məni çox narahat edir.
– Doğum günün də gəldi keçdi, bir çox dostların dünyaya gəlişlərinə orjinal hədiyyən olur, şəkillərini çəkirsən, bəs dostlar sənə nə hədiyyə etdilər?
-Hədiyələrim çox böyükdü mənə görə. Yaradıcı adamlardan təbriklərim elə özü böyük hədiyyədir. Bir-bir saymayacam, əlbəttə ki, şeir yazanlar, kitab hədiyyə edənlər, Türkiyədə çap oldugumu mənə sürpriz edənlə də oldu.
– Biri elə götürək məni, canımı bu müsahibə ilə qurtarıram.
– Sənin bu müsahibəndən dəyərli məqam nə ola bilər ki…
–Səni rəssam kimi tanıdıq və birdən məlum oldu ki, şairliyin rəssamlığından heç də zəif deyil. Bəzi məqamlarda özündən deyən şairlərin dilini topuq vurdur misraların.
– nə bilim vallah, sən sağ ol, dostlar var olsun, dəyər verirsiz. “Çəkirəm” adlı şeirimi deyim, bu da sualına cavab olsun.
Xəyal kətan, fikir boya
Dünya boyda dərd çəkirəm.
Pozub böyük şəhərləri
Kiçik-kiçik kənd çəkirəm.
Yox edirəm cəhədləri,
Var edirəm qəhətləri,
Yıxıb tikan sərhədləri
Cığır salıb sədd çəkirəm.
Buludları oydururam,
Çoxlu Günəş uydururam,
Taxta vicdan qoydururam,
Qəlbləri abad çəkirəm.
Soy kökünü dərin bilən,
Tanrısını kərim bilən,
Böyük-kiçik yerin bilən
Həyanı sərhədd çəkirəm.
Sərhədimi pozanların,
Kətanımda azanların,
Məni yanlış yozanların,
Cavabını rədd çəkirəm.
Mən həm ruham, həm də canam
Həm şairəm, həm rəsamam,
İşim budur, buracanam.
İz salıram, rədD çəkirəm.
–Eşidilir ki, yaxınlarda Avropanın hansı sa ölkəsində sərgin olacq. Əgər qabaqcadan danışmaq işinə mane olmursa bu haqda məlumat verərdin.
-Əslində deyimlərə inanmıram elə sən də inanma. Bu barədə hələ tezdir. Düzdür layihələrim var. Gerçəkləşəndə mütləq birinci sən xəbər tutacaqsan. Çünki mənə ən yaxın sənsən.
– Balalrının təhsilləri, həyatda tutduqları mövqe səni bir ata kimi sevindirməyə bilməz. De, uşaqların uğurları sənə nə verir?
– Əlbəttə övladın uguru böyük xöşbəxçilikdi. Məni yaşamağa, yaratmaga sövq edir. Çox fərəhliyəm bu barədə. Böyük qızım İnci magistr səviyyəsini bitirdiyi UNSW Australia universitetindən dəvət alıb, bu yaxınlarda Akademik təhsil karyerasına başlayacaq. Yəqin ki, yaxın vaxtlarda adı bu universitetin müəllim, professor heyyəti sıralarında yer alacaq. Togruldan da çox böyük ugurlar gözləyirəm. O da özünü doğruldur, sevindirir bizi. Bu il SƏT-in riyaziyyat bölməsindən maksimum 800 balı toplamışdı. Hələlik bir il ADA da təhsil alacaq. Hədəf daha böyük universitetlərdi. Bəsdi qızım da Nihan nəvəmlə bizim ən böyük xoşbəxtliyimizi bölüşür, eyni vaxta Paşabankda çalışır. Evladlarım mənim hər şeyimdi. Bu qədər.
– Bir qədər də yaradıcılıq planlarınızdan bəhs edərdin
8- Əslində yaradıcılığın planı olmur. Mən hekayələrimi kitab halına salmaq, bir il əvvəl başladıgım romanı bu il bitirmək istəyirəm. Eyni zamanda bu il Türkiyədə bir sərgi düşünürəm, gerçəkləşdirə bilsəm…
Sidneydə səfər də var hələ.
Nə bilim plana nə var ki…
Söhbət etdi: Faiq BALABƏYLİ