Mən hansı səadət axtarırdım ki, Sənintək hisləri buz bir adamda

Mən hansı səadət axtarırdım ki, Sənintək hisləri buz bir adamda
Aynur QAFARLI 
HARA GEDİR BU DÜNYA?
Sanki bezib canından,
Hara gedir bu dünya?
Bir ömrün limanından,
Hara gedir bu dünya?
***
Qəhərini boşaldıb,
Zəhərini boşaldıb,
Yəhərini boşaldıb,
Hara gedir bu dünya?
***
Qaranlıqdır sabahım,
Nədir axı günahım?
Hara gedir, Allahım,
Hara gedir bu dünya?
***
Bu dərdi kimdən alıb,
Meylini hara salıb,
Aynur məəttəl qalıb,
Hara gedir bu dünya?
Yuxuda gördüm ki... (Aynur Qafarlı)

Birdən elə şirin gəldin

Sən bu qəlbin oğrususan,
Mənsə zərər çəkən tərəf.
Sən yalanın doğrususan,
Mən eşqə tuş gələn hədəf.
***
Bilmirəm ki, nə baş verdi,
Aramızda bağ yarandı.
Birdən-birə şirin gəldin,
Belə şirin çağ yarandı.
***
Heç bilmirəm necə deyim,
Sənsən həyat, sənsən ürək.
Uzaq duraq bəd nəzərdən,
Səninlə bir ömür sürək.
***
Sən gəlmisən taleyimə,
Quruyubdu gözümdə nəm.
Yorulanda qaç mənə gəl,
Yastığına dönsün sinəm.
***
Sulayıram duyğuları,
Ürəyimdə çiçək kimi.
Sən necəsən, tapammıram –
Xəyal kimi, gerçək kimi?
***
Məktub da yaz, zəng də elə,
Uzaq düşsən bir saat da.
Sənsiz mənim yaşamağım
Mənasızdır bu həyatda.
Bir 1 nəfər şəkili ola bilər

İncə, kövrək bir şüşəyəm

Bacarırsan yolumdan et,
Apar ayrı yolla məni.
Sinəm dəftər, əlin qələm,
Tut yaxamdan qolla məni.
***
İncə, kövrək bir şüşəyəm,
Həm ağrıyam, həm nəşəyəm,
Bahar donlu bənövşəyəm,
Dörd yolumdan kolla məni.
***
Könlüm sənə sarı əsir,
Çıx yuxumdan, qoluma gir,
Götür gedək bu yolu bir,
Sağla özün, solla məni.
***
Bir ilmə sal, sözünə sığ,
Bax üzümə, gözünə sıx.
Çək özünə, özünə sıx,
İki möhkəm qolla məni.
****
İlk közünəm, ilk qorunam,
Könlü bulaqdan durunam,
Şirin-şəkər Aynurunam,
Seçəmməzsən balla, məni.
Bir 1 nəfər, ayaqda və yol şəkili ola bilər

Yoxdu suallara bircə cavabın

Sən məni bir dəfə tərk etmədin ki…
Hər yağmur yağanda, külək əsəndə,
Hər tufan qopanda tərk etdin məni.
Buludlar qoşulub ayrılıqlara,
Gözümə hopanda tərk etdin məni.
***
Soyudu masamda çörəyim, çayım,
Canımı buz tutdu isti odamda.
Mən hansı səadət axtarırdım ki,
Sənintək hisləri buz bir adamda.
Sən məni tərk etdin hər gün, hər saat,
Ağlayan ürəyim kirimədi heç.
Birdən yolun düşsə xatirələrə,
O görüş yerindən asta-asta keç.
***
Amma yox, bir ayrı həvəsə düşmə,
Sanma ki, gözünə bir də nur ollam.
Qayıtmaz təzədən o anlar dönüb,
Nə də mən təzədən o Aynur ollam.
Xoşdur tənhalığım, təkliyim daha,
Səndən söz düşəndə içim daralır.
Seyr edə bilmirəm uzaq yolları,
Başım gicəllənir, gözüm qaralır.
Bir 1 nəfər, ayaqda, göl və dağ şəkili ola bilər
Yoxdu suallara bircə cavabın,
Səndən nə soruşum bu xəzanda mən?
Heç nə qalmayıbdır adınla bağlı,
Təkcə bu taleyin keçmişisən sən.
Sən məni bir dəfə tərk etmədin ki…
Hər yağmur yağanda, külək əsəndə,
Hər tufan qopanda tərk etdin məni.
Buludlar qoşulub ayrılıqlara,
Gözümə hopanda tərk etdin məni!

Necəsən

Ay dərdimdən dəli olub,
Ay məni sevən, necəsən?
Az inildə, az sızılda,
Az eylə şivən, necəsən?
Ay məni sevən, necəsən?
***
Bülbüllərin oxuyurmu,
Sevgin ətir qoxuyurmu,
Eşq xalısı toxuyurmu
Kirkidin, həvən, necəsən?
Ay məni sevən, necəsən?
***
Qəbul et eşqi həb kimi,
Adət kimi, bir dəb kimi.
Yoxsa dərdli ərəb kimi
Ölübdü dəvən, necəsən?
Ay məni sevən, necəsən?
***
Mənə danış əhvalını,
Soran varmı bir halını?
Tutub bir-bir saqqalını
Yolurmu nəvən, necəsən?
Ay məni sevən, necəsən?
Share: