“Mən öləndən sonra yazıram şeirlərimi…”- Allahşükür Ağa…

Qapı

Açılan səhərlərin atəş üzünə and olsun,
Mən öləndən sonra yazıram şeirlərimi.
Məsələn, bir saatlıq ölürəm.
Gedib şeir gətirirəm bir saatlığa,
Çiçək dəstələri kimi
Sonra dirilirəm.

Mənim şeirlərim bu dünyada olmur,
Ölürəm, açılır başqa bir sabah,
Başqa bir pəncərə…
Ölməklə sağ olmağın arasında
Nazik bir qapı var.
Nə kilidi var, nə açarı.
Gedirəm açılır,
Gəlirəm
Bağlanır.
Dayanın, bir dəqiqə,
Yenə gedirəm
Sizə şeir gətirməyə.
Burda olun,
Bir saata qayıdıram.

Allahşükür Ağa
Müstəqil.Az
Share: