Müğənni Mirkamil Kamilovun qız övladı var.
PeykTV.az-ın məlumatına görə, sənətçi 3 aylıq qızı olduğunu, onu hamıdan gizlətdiyini bildirib. Körpənin şəklini yayımlayan sənətçi bunları yazıb:
“Bu şəkli paylaşmaq borcumdur, xalqın övladıyam. Ağır xəstə vaxtlarımda öləcəyimi hiss etdiyimdən bu uşağı öldürməyi özümə ən ağır günah bildim və düşündüm ki, mən öldükdən sonra doğmalarıma məndən yadigar qalar. Amma gizlədirdim.
Şükürlər olsun ki, Allah və qızım məni yenə də sizlərə qaytardı. Allah bütün olmayanlara nəsib etsin. Qızımın adını da sizlərlə bölüşürəm. Sayra üçüncü ayındadır. Bir az da böyüsün sizlərlə və Sayra ilə birgə dəniz kənarına gəzintiyə çıxarıq”.