Səhhətimdə dəyişiklik yoxdur, müalicəm davam edir, şükür, pis deyiləm.
Bu sözləri Kult.az-a bir müddət əvvəl Milli Onkologiya Mərkəzində müalicə alan xalq artisti, sevilən aktyor Fuad Poladov səhhəti ilə bağlı danışarkən deyib. O bildirib ki, müalicəsini evdə davam etdirir, teatr yoldaşları da zaman-zaman onunla əlaqə saxlayır:
“Sağ olsunlar, zəng edib əhvalımla maraqlananlar var. Adlarını çəkmək istəmirəm. Ehtiyat edirəm ki, mənimlə maraqlananların adlarını desəm, onları işdən çıxararlar”.
F.Poladov onunla görüşmək istəyimizə kübarca etiraz edib, razı olmadı:
“İnanmıram ki, məni bu vəziyyətdə görmək sizə xoş olar”.
Qeyd edək ki, artıq bir müddətdir xalq artisti F.Poladov onkoloji xəstəlikdən əziyyət çəkir.
Səs tellərində problem yaranan və danışmaqda çətinlik çəkən aktyorumuza şəfa diləyirik.
Nigar