“Məni o təşkilata məndən xəbərsiz üzv ediblər” – Açıqlama

“Məni o təşkilata məndən xəbərsiz üzv ediblər” – Açıqlama

“Aydınlıq üçün deyirəm: mənim, ümumən, heç heç bir ədəbi təşkilatla bağlılığım yoxdur, heç AYB üzvü də deyiləm”.

Bu sözləri tanınmış şair Salam Sarvan Kulis.az-a açıqlamasında deyib. O bildirib:

“Bu günlərdə xəbər tutmuşam ki, bəzi saytlarda mənim adım Cəlilabad rayonunda gənclərin yaratadığı ədəbi təşkilatın üzvü kimi hallanıb. Aydınlıq üçün deyirəm: mənim, ümumən, heç heç bir ədəbi təşkilatla bağlılığım yoxdur, heç AYB üzvü də deyiləm. Sadəcə, Cəlilabaddda yaranan təşkilatın yığıncağının keçirildiyi gün rayonda olduğuma görə məni də qonaq kimi dəvət ediblər və gənclərin sözünü yerə salmaq istəməmişəm. Məni o təşkilata məndən xəbərsiz üzv ediblər. Təəssüf edirəm ki, ilk baxışda xırda görünən belə məsələlərə də şərh verməyə məcbur oluruq”.

Share: