Gözəl insan, vətənpərvər oğul, dəyərli dostum Sübut Əsədov üçün.
Nümunədi, örnəkdi,
Mənim Sübut qardaşım.
Namərdlərə amansız,
Arxasıza köməkdi-
Mənim Sübut qardaşım.
Nə yaxşı ki, doğuldu,
Xain gözə ox oldu.
Xalqına sədaqətli,
Vətənpərvər oğuldu-
Mənim Sübut qardaşım.
Ürəyi saf – təmizdi,
Qəlbi geniş – dənizdi.
Dost-tanışın yanında
Xətirlidi, əzizdi-
Mənim Sübut qardaşım.
Bənzəri varsa, hanı?
Görüm sağ olsun canı.
İnan, canından artıq
Sevir Azərbaycanı-
Mənim Sübut qardaşım.
Nüfuzlu, hörmətlidi,
Qəlbi mərhəmətlidi.
Süfrəsi duz çörəkli,
Özü səxavətlidi-
Mənim Sübut qardaşım.
Qəlbi yaman dağlıdı,
Şəhid verdi, ağladı…
Bütün varlığı ilə
Dövlətinə bağlıdı-
Mənim Sübut qardaşım.
Şərafəddin İlkin,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü