Mənim yarımçıq SEVGİM – İlham Tumas

Mənim yarımçıq SEVGİM – İlham Tumas

Qaqa, bir az yavaş ol… Burda qəlpə var….

Bağışla, qaqa…

İllər ötdü, az qala qərinədi. Ancaq hələ də, o cəhənnəmdəyəm. Bir dəfə Tərtərə getdim, həyəcanla yatdığım çarpayida uzandım. Elə bildim, cənnətdəyəm. Nə vecimə… Nə “qrad”, nə güllə səsi var. Elə rahatıydım.

Ancaq hələ də gecələr, yuxumda snayper tüfənglərinin bülbül kimi cəh-cəh vuran səsinə hövlanak oyanıram. Hələ də, o günlərdəyəm.

İllər əvvəl yazdığım, dediyim sözün üstündəyəm. Nə qədər ki torpaq yoxdu, xeyri olmayacaq. Kişilər qadınlarından, qadınlar kişilərindən, analar qızlarından, qızlar analarından, oğullar atalarından küsəcək…

Bura kompleksli insanların vətənidir. Burda heç kim xoşbəxt olmayacaq. Burda bütün körpələr yarım doğulacaq, burda hamı yarım qalacaq.

Qarabağ döyüşlərinə qatılmağımı həyatımın hansısa ayrıca, xüsusi bir mərhələsi hesab eləmirəm. Çünki bu döyüşlər sadə bir insanın payı idi. Həmişə inanmışam ki, bu məm­lə­kət son qa­rış tor­pa­ğı­na qə­dər azad edil­mə­yin­cə, kim­sə­yə sa­kit hə­yat yox­dur. Bu mənada mənim üçün Qarabağ döyüşü hər kəsin öz döyüşü olmalıydı. Mən bu döyüşü öz döyüşüm kimi qəbul edənlərdən biri oldum…

Hərdən düşünürəm ki, bəlkə də mən doğmalarıma, yaxınlarıma qədim hind brəhmənlərinin, ya da böyük mübarizə adamlarının yanaşdığı kimi yanaşmışam. Birincilərin həyat fəlsəfəsi belədir ki, onlar nə doğmalarına çox bağlanırlar, nə onların özlərinə çox bağlanmalarına imkan verirlər. Mübarizə adamları isə mübarizələrində hər şeyi, hətta ölümü belə göz önünə almadıqlarından doğmalarının, yaxınlarının sonradan çox üzülməmələri üçün əllərindən gələni edirlər.

Mən is­tə­mi­rəm, özümü ix­ti­yar qo­ca­la­rın və qa­dın­la­rın, məni tanıyan insanların yanın­da xəcalətli hiss edim. Mən düşünürəm, görəsən nə vaxt­sa Xo­ca­lı əsir­li­yin­dən qa­yı­dan qa­dın­ların üzlərinə necə baxa biləcəyik. Qayıtsalar…

Mə­nim mü­ba­ri­zə­yə mü­na­si­bə­tim­lə sev­gi­yə olan mü­na­si­bə­tim də eynidi…

Özüm-özüm­dən hür­kü­rəm, çün­ki sev­gim ya­rım­çıq­dır. Bun­dan bö­yük bəd­bəxt­lik, sev­gi­də bun­dan bö­yük na­ta­mam­lıq olar­mı? Be­lə sev­gi bir gün mə­ni ondan, onu mən­dən bez­dir­məz­di­mi?

 

Share: