Fevralın 26-da Mərakeş kralı VI Məhəmməd ürəyindən əməliyyat olunub.
Müstəqil.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yanvarın 20-də 54 yaşlı krala ürək ritminin pozulması diaqnozu qoyulub.
Cərrahiyə əməliyyatı Parisdə, “Ambruaz Pare” klinikasında keçirilib. Əməliyyatın uğurla keçdiyi bildirilir. Həkimlər pasiyentin yaxın vaxtlarda normal həyata qayıdacağını deyib.