Mərakeşdə güclü zəlzələ nəticəsində yüzlərlə insanın ölməsi ilə əlaqədar 3 günlük matəm elan olunub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 3 gündə həmin ölkədəki bayraqlar yarıya endiriləcək.
Qeyd edək ki, Mərakeşdə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 037-yə çatıb.