Ötən gün Mərakeşdə 6,9 bal gücündə zəlzələ qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
***
Mərakeşdə baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində azı 93 nəfər həlak olub.
Onlardan 73-ü Mərakeş yaxınlığındakı Əl-Həuz əyalətində ölüb.
***
Ölənlərin sayı 296 nəfərə yüksəlib.
Təbii fəlakət nəticəsində 153 nəfərin xəsarət aldığı da bildirilir.
Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına görə, onların hamısı xəstəxanaya yerləşdirilib.