Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü il üçün inflyasiya proqnozunu (yanvar proqnozu: 5.3%) dəyişməz saxlayıb.
Bu barədə “-Economics” Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi ehtimalı var.