Araşdırma materiallarına görə ABŞ-ın keçmiş prezidenti T.Ruzveltin nəvəsi Kermit Ruzvelt 1953-cü ildə İranın keçmiş Baş naziri Məhəmməd Müsəddinin devrilməsində əsas hadisələrə başçılıq edib. Xidmətlərinə görə məxfi qaydada “Milli Təhlükəsizlik Medalı”na layiq görülmüşdü.
O, bu gün Mərkəzi Kəşfiyyat İdarəsinin xəttilə “Qalf oyl” neft şirkətinin vitSe-prezidentidir. Məlumata görə “Terrorla hakimiyyətə gəlmək mümkündür…” – tezisi ona məxsusdur. O, müsəlman ölkələrində məşhur olan əqidə sahiblərinin, elmi tədqiqatlarında yüksək göstəricilər əldə edən akademiklərin generalların terror olunmasında… bilavasitə iştirak edib. Başqa bir məlumatda isə bildirilir ki, kəşfiyyat generalı Kermit Ruzlet “Güclü Azərbaycan” anlayışından həmişə qorxub və xatirələrində yazır ki, zaman gələcək Azərbaycan Qafqaz regionlarında xalqların və millətlərin “Düşünən beyni, görən gözü…” olacaq. Bu isə Kremlin xoşuna gəlməyəcək… Fikrimcə istəməsə də Azərbaycan belə bir stratekmgiyanın üstündə dayanıb. Təəssüf ki, onun güclü təhlilçiləri yoxdur…
Təhlillərimizə görə general iddia edir ki, baş verən terror hadisələrilə Korrupsiya məsələləri eyni dairələrdən idarə olunur və onlar biri-birilərini tamamlayırlar.
Məlumata görə Ermənistanın Azərbaycana qarşı terror hadisələrində erməni terrorçuları 24 milyard dollar və xeyli vəsait, xarici ölkələrdə villalar, bahalı evlər və minik avtomobilləri, şəxsi təyyarələr əldə ediblər. ABŞ-ın kəşfiyyat idarələrində hazırlanmış Azərbaycanla bağlı sənədlərdə qeyd olunur ki, ölkə heç bir ölkələrin ərazisində nə terror hadisəsi törədib, nə də kiməsə qarşı iddialı olub. “Azərbaycan Prezidenti baş verən bütün hadisələrdə öz ölkəsinin vətəndaşı, onun dincliyi və sakitliyi çərçivəsində addım atıb”. Bu ABŞ kəşfiyyatında mühüm gücə malik olan “Ruzvelt qrupunun” gəldiyi nəticələrdən biridir.
Mühüm bir məsələ də budur ki, Azərbaycanda fəaliyyət göstərən “Antikorrupsiya və Beynəlxalq Terrora qarşı Strateji Araşdırmalar Mərkəzinin” korrupsiyaya, narkobiznesə, terrora qarşı əldə etdiyi nəticələr, fakt və sənədlər Ağ Evin, Ədliyyə Nazirliyinin diqqətindən kənarda qalmayıb və təşkilat “General Ruzvelt qrupuna daxil edilib”.
Bu o deməkdir ki, Azərbaycanı saxta sənədlərlə heç bir xarici qurum nə korrupsiyada, nə də narkotika şəbəkəsinin genişlənməsində ittiham edə bilməz.
Məlumata görə “General Ruzvelt qrupu”nun yaxın günlərdə aparacağı (Azərbaycanla bağlı) dinləmələrdə Azərbaycan iştirak edəcək.
Rövşən Novruzoğlu,
Beynəlxalq Terrorizmə və Korrupsiyaya
Qarşı Mübarizə Strateji Araşdırmalar
Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə
fəlsəfə doktoru, professor, politoloq