Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfovanın “Poeziyamızın Qarabağ savaşı – Vətən müharibəsi” monoqrafiyası çap olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan müəllifin bu kitabının “Qarabağnamələrin ədəbiyyat mərhələsinin elmi dərki” adlı ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramovdur.
Monoqrafiya Ədəbiyyat İnstitutun Elmi Şurasının 13 sentyabr 2021-ci il tarixli 6 saylı qərarı ilə nəşr edilib. “Elm və təhsil” nəşriyyatında çap olunan kitab 272 səhifədir. Kitabın birinci fəsli “90-cı illər poeziyasında I Qarabağ müharibəsinin təcəssümü”, ikinci fəsli “Poeziyamızın Vətən müharibəsi – Qarabağ”, üçüncü fəsli “Müzəffər Vətən müharibəsi – azad Qarabağ mövzusunun epik vüsəti poemalarda” adlanır.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Müstəqil.Az