Məşhur aktrisa hicabdan imtina etdiyinə görə həbs edildi

Məşhur aktrisa hicabdan imtina etdiyinə görə həbs edildi

İranlı aktrisa Əfsaneh Bayeqan hicabdan etdiyinə görə iki il şərti azadlıqdan məhrum edilib.

Kulis.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bayeqana, həmçinin, iki il müddətinə sosial şəbəkələrdən istifadə etmək və ölkədən çıxmaq qadağan olunub.

Hüquq-mühafizə orqanları aktrisanın fotosunu sosial şəbəkələrdə görüblər.

Qeyd edək ki, aktrisa 14-cü əsrdə İranın monqol istilasına qarşı müqavimətindən bəhs edən “Sarbedaran” serialındakı rolundan sonra populyarlıq qazanıb.

Share: