44 yaşlı braziliyalı aktyor Cefferson Maçado yoxa çıxdıqdan 4 ay sonra taxta sandıqda basdırılmış vəziyyətdə tapılıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun cəsədini onun cinayətdə şübhəli bilinən tanışı Rio-de-Janeyro yaxınlığında kirayə qaldığı evdə tapıb.
Qeyri-kommersiya təşkilatı aktyorun səkkiz itinin evində nəzarətsiz qaldığını bildirənə qədər Maçadonun ailəsi onun yoxa çıxmasından xəbərsiz olub.
Sənətçinin anası Mariya mətbuata açıqlamasında oğlunun səsini sonuncu dəfə yanvarın 29-da eşitdiyini, bundan sonra ondan xəbər ala bilmədiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.