Rusiyalı teleaparıcı və aktyor Dmitri Naqiyev peşəsini dəyişmək barədə düşündüyünü etiraf edib.
“Skillbox Lectorium” “YouTube” kanalına müsahibə verən aparıcı bərbərxana açmaq istədiyini bildirib.
“Çoxları iş yerini dəyişmək haqqında düşünür. Hətta bu yaxınlarda “Səs” layihəsindən də ayrıldım. Ancaq karyeramı dəyişmək elə də asan deyil. Mən çox şey bacarmıram. Danışmaq daha asandı. Bərbərxana açıb saçı olan hər kəsdən qisas almaq istəyirəm”, – deyə Naqiyev bəyan edib.
Xatırladaq ki, Naqiyev 10 il “Səs” musiqi layihəsinin aparıcısı olub. O, çoxsaylı filmlərdə yaddaqalan obrazlar yaradıb.
Mənbə: gazeta.ru