Amerikalı kantri musiqisi müğənnisi, bəstəkar və prodüser Keyt Qattis 53 yaşında vəfat edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb.
Keyt Qattis 26 may 1970-ci ildə Texas ştatının Corctaun şəhərində anadan olub. O, iki studiya albomu buraxıb.
2002-ci ildə aparıcı elektrik gitaraçı kimi Duayt Yoakamın qrupuna qatılıb. 2005-ci ildə “Gattis Big City Blues” albomunu buraxıb. Gitara ifaçısı kimi o, Corc Cons, Corc Strait, Kenni Çesni, Villi Nelson, Kid Rok, Rendi Hauser, Çarli Robison, Qari Allan, Eşli Monro, Allison Murer, Ueylon Peyn, Miranda Lambert, Ueyd Bouen ilə birlidə işləyib.
Qattis dəfələrlə filmlərdə və televiziyada görünüb. O, Waylon Payne, Kendell Marvel, Wade Bowen, Randy Houser və Micky & the Motorcars da daxil olmaqla bir çox sənətçi üçün prodüserlik edib və onlarla birgə mahnılar yazıb.