Ötən axşam “O Ses Türkiye” şousunda Yeni ilə özəl buraxılış yayımlanıb.
“Qafqazinfo” xəbər verir ki, verilişin qonaqları arasında Türkiyənin məşhur cütlüyü, aktrisa Neslihan Atagül və həyat yoldaşı, aktyor Kadir Doğulu da olub.
Onlar əfsanəvi müğənni Barış Mançonun “Bal böceği” mahnısını duet kimi ifa ediblər. Bu çıxış tamaşaçılar tərəfindən maraqla qarşılanıb.