“Kokomo City” sənədli filmində əsas rollardan biri olan daha çox “Koko Da Doll” kimi tanınan trans qadın Raşida Uilyams Atlantada güllələnərək öldürülüb.
Kulis.az xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb.
35 yaşlı Uilyamsın ölümünü dostları, eləcə də “Sundance” Film Festivalının Twitter səhifəsi təsdiqləyib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Kokomo City” 2023-cü ildə çəkilmiş Amerika sənədli filmidir. Rejissoru D. Smithdir olan filmdə Nyu York və Corciyadakı dörd transseksual seks işçisinin həyatı araşdırılır.