Dünya şöhrətli fotoqraf Reza Deqati Cıdır düzündən paylaşım edib.
Fotoqraf “Twitter” hesabında paylaşdığı fotolara aşağıdakı qeydi yazıb:
“Cıdır düzü, Şuşa, Qarabağ, Azərbaycan. Qarabağ tarixən dağları və atları ilə tanınıb. Şuşada olan Cıdır düzü Qarabağ xanlığında əsas festivalların keçirildiyi yer olub. Orada çövkən oyunu və Novruz şənliyi keçirilib”.(Publika.az)