2023-cü ilin iyulunda yoxa çıxan kino tənqidçisi, Rusiyanın böyük kinofestivallarının kuratoru Aleksey Medvedev Moskva vilayətində ölü tapılıb.
Kulis.az xəbər verir ki, bu barədə “Lisa Alert” axtarış-xilasetmə qrupunun saytında məlumat verilib .
Qeyd edək ki, həmin ərazidə yaşayan insanlar təsadüfən Medvedevin cəsədini dəmiryol relsləri yaxınlığında tapıblar.