Məşhur milyarderin xanımı BAKIDA – FOTO

Tanınmış model və milyarder Antuan Anronun həyat yoldaşı Nataliya Vodianova Bakıya gəlib.

Publika.az xəbər verir ki, stilist Fuad məşhur modellə şəklini instaqramda paylaşıb. Əldə etdiyimiz məlumata görə, stilist modeli makiyaj edib. Nataliya Vodyanovanın Bakıya gəliş səbəbi bəlli deyil.

Məlumat üçün bildirək ki, bu gün dünyanın ən çox qazanan modellərindən biri olan N.Vodyanova Rusiyanın Nijni Novqorod şəhərində anadan olub. Yoxsul ailədə dünyaya gələn model uşaq yaşlarında bazarlarından birində anası ilə bərabər meyvə satıcısı olaraq çalışıb. Elə bu işdə çalışarkən kəşf edilən modelin həyatı bir anda dəyişib.Təsadüf nəticəsində model agentliyində iş təklifi aldıqdan sonra bütün moda evlərinin qapıları onun üzünə taybatay açılıb. Bu səbəbdən də Nataliyanı tez-tez müasir dövrün bəxtəvər “Zoluşka”sı adlandırırlar.

Nataliya Vodyanova 2003-cü ildə britaniyalı aristokrat və İngiltərənin 3-cü ən varlı kişisi Castin Portman ilə ailə həyatı qurub. Bu nikahdan onun 3 övladı dünyaya gəlib. Dünyanın ən varlı kişilərindən biri ilə evlənən Nataliyanın xoşbəxtliyi uzun davam etməyib. 2011-ci ildə model həyat yoldaşı ilə artıq birlikdə yaşamadıqlarını və boşandığını elan edib.

Ərindən boşandıqdan sonra Nataliya Vodyanova Antuan Anro ilə görüşməyə başlayıb. Antuan Arno “Louis Vuitton” brendinin kommunikasiya şöbəsinə başçılıq edir, eyni zamanda, kişi ayaqqabıları, lüks və eksklüziv aksessuarlar istehsal edən “Berluti” şirkətinin baş meneceridir. O, zinət əşyalarının istehsalı üzrə ən iri şirkətlərin sahibi Bernar Arnonun oğludur. “Forbes” jurnalının versiyasına görə, Bernar Arno planetin ən varlı adamlarının siyahısında dördüncü yerdədir. Onun 41 milyard dollar sərvəti var.

Xatırladaq ki, Natalya Vodyanova və Antuan Arnonun iki oğlu var.

Kasıbçılıq içində böyüyən Nataliya yoxsul həyatını heç zaman unutmur və yardıma ehtiyacı olan uşaqlar üçün “Naked Heart” adlı xeyriyyə fondu qurub.

Share: